Dövlət müşaviri Kamal Abdullayev türk icma rəhbərləri ilə görüşüb - FOTO

Dövlət müşaviri Kamal Abdullayev türk icma rəhbərləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 11 noyabr 2015 12:20 (UTC +04:00)

Bakı-APA. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev FUEN Türk Azlıqları (TAG) işçi qrupu toplantısı çərçivəsində Bakıda səfərdə olan bir qrup türk icma nümayəndələri ilə görüşüb.

Mərkəzin mətbuat xidmətindən APA-ya bildirilib ki, görüşdə Avropa Qərbi Trakya Türk Federasiyasının, Moskva “Vətən” cəmiyyətinin, Moskva Qaraçay-Balqar Gənclərinin inkişafına dəstək Fondunun, Kiyev Krım tatarları cəmiyyətinin, Moskva Kumık qurumunun və Azərbaycanda yaşayan Ahıska türklərinin “Vətən” ictimai birliyinin rəhbər şəxsləri iştirak edib.

Dövlət müşaviri sovet dönəmində Stalin repressiyası nəticəsində doğma torpaqlarından deportasiya edilən Ahıska türklərinə ölkəmizdə daim dövlət qayğısının göstərildiyini bildirib və görüşdə iştirak edən bütün türk icma nümayəndələrinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti ilə əməkdaşlığa dəvət edib.

Avropa Qərbi Trakya Türk Federasiyasının sədri Halit Habipoğlu FUEN Türk Azlıqları (TAG) işçi qrupu toplantısının ilkinin ötən il Türkiyədə keçirildiyini, ikinci konfransın Bakıda düzənləndiyini bildirib.

Azərbaycanda yaşayan Ahıska türklərinin “Vətən” ictimai birliyinin sədri İbrahim Məmmədov Azərbaycan dövlətinin Ahıska türklərinə hər zaman göstərdikləri qayğı və dəstəyə görə minnətdarlığını ifadə edib və BBMM-nin təşkil edəcəyi konfranslarda və müxtəlif layihələrdə iştirak üçün həmişə hazır olduqlarını bildirib.

Görüşün sonunda qonaqlara Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub və xatirə şəkli çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR