“Qırmızı bağ” filminin təqdimatı keçirilib

“Qırmızı bağ” filminin təqdimatı keçirilib
# 13 aprel 2016 07:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nizami Kino Mərkəzində “Qırmızı bağ” bədii filminin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov müasir kino prosesindən, kinostudiyanın fəaliyyətindən, Azərbaycan filmlərinin beynəlxalq festivallardan nümayişindən danışıb. M. Hətəmov bildirib ki, “Qırmızı bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində istehsal olunub.

Film babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatından bəhs edir.

Yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”). Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və başqaları canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR