Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 May

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 May
# 05 may 2016 18:20 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

22 may tarixi Türkiyə tarixində yaddaqalan tarixlərdən olacaq. Bu ay ölkənin iki mühüm partiyasının qurultayı keçirilir. 15 mayda MHP-nin, 22 mayda isə AKP-nin qurultayı keçiriləcək, əgər MHP-nin qurultayı nümayəndələrin sayı ilə bağlı problem yaranarsa, 22 mayda təkrarlanacaq. Hər iki qurultay sədr dəyişikliyi ilə yadda qalacaq. Əhməd Davudoğlu AKP sədri postundan gedir, qurultay baş tutarsa, MHP-də Dövlət Baxçalı dönəmi başa çatır. Hər iki qurultay növbədənkənar seçkilərin keçirilməsi üçün bir siqnal rolunu oynaya bilər. AKP-də sədr postuna kimin seçiləcəyi hələ sual altındadır. Prezident Ərdoğanın dediklərini hərfən icra etməyə hazır olan Bəkir Bozdağmı, Milli Görüş şinelindən çıxmış və iki partiyaya sədrlik etmək təcrübəsi olan Numan Kurtulmuşmu, yoxsa texnokrat Binəli Yıldırımmı? Kimin sədr seçiləcəyi AKP-də gözlənilməz dəyişikliyin səbəbini də təxmin etməyə imkan verəcək. Təxminlər öz yerində, bir məqam dəqiqdir - Davudoğlunun AKP sədri postundan getməsi ilə partiyadaxili müxalifətin sıraları genişlənir. Abdullah Gül, Bülənt Arınc, Əli Babacan, indi də Əhməd Davudoğlu...

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR