DİN: Sabiq məmur sifarişlə güllələnib - YENİLƏNİB

DİN: Sabiq məmur sifarişlə güllələnib - <span style="color: red;">YENİLƏNİB
# 13 aprel 2016 09:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda sabiq məmuru güllələyən şəxslərin tutulması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Ətrafında aparılməş tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova da tutulub.

***

10.00

Bakı. Hafiz Heydərov – APA. Bakıda baş verən silahlı insidentlə bağlı iki nəfər tutulub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Fazil oğlu Hüseynli və Günel Rasim qızı Süleymanova saxlanılıblar. Polisdən bildirilib ki, saxlanılanlardan R. Hüseynli əvvəllər adam oğurluğu maddəsi ilə 12 il həbsxanada olub.

Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.

Qeyd edək ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Güllə yarası alan H. Qasımov əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR