Ombudsmanın nümayəndələri polis idarəsində başçəkmə həyata keçiriblər

Ombudsmanın nümayəndələri polis idarəsində başçəkmə həyata keçiriblər
# 11 mart 2016 09:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə dair sənədlər araşdırılıb, MSY-nin bütün kameralarına baxışlar keçirilib.

Eyni zamanda, qidalanma, gəzinti üçün yaradılmış şərait araşdırılıb, tibbi yardım, telefon danışıqları, kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib. Başçəkmə çərçivəsində MSY-də saxlanılan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, onların müraciətləri cavablandırılıb. Onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər.

Yekunda MSY əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR