Bakı-APA. Respublikaçılar Partiyasının qurultayında İndiana ştatının qubernatoru Maykl Pensin ABŞ-ın vitse-prezidenti postuna namizədliyi təsdiqlənib.
Pensin namizədliyi ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp tərəfindən irəli sürülüb.
57 yaşlı Maykl Pens 2013-cü ildən İndiana ştatının qubernatoru vəzifəsində çalışıb, ondan əvvəl uzun müddət İndiana ştatının Nümayəndələr Palatasının üzvü olub.