KİV nümayəndələri üçün təhsil sahəsinə dair maarifləndirici təlimə start verilib

KİV nümayəndələri üçün təhsil sahəsinə dair maarifləndirici təlimə start verilib
# 14 aprel 2016 16:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Aprelin 14-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliklə əməkdaşlıq edən bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təhsil sahəsinə dair maarifləndirici təlimə start verilib.

APA-nın xəbərinə görə, təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 25 jurnalist iştirak edir.

Təlim kursunun əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır. Üç gün davam edəcək təlimdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar veriləcək, jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.

Təlimin sonunda jurnalistlərə sertifikatlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR