Bərdədə qətl törədən şəxs özünə xəsarət yetirib

Bərdədə qətl törədən şəxs özünə xəsarət yetirib
# 15 mart 2016 12:37 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda qətl hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Alaçadırlı kəndində kafedə qeydə alınıb.

Bərdə sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1992-ci il təvəllüdlü Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.

Bundan sonra Tural Allahverdiyev bıçaqla özünə xəsarətlər yetirib.

T. Allahverdiyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR