Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi həbs edilib

Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi həbs edilib
# 15 noyabr 2015 14:10 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, A. Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Səbayel rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, çoxsaylı sahibkarların şikayəti ilə yanaşı MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A. Çovdarovun əleyhinə ifadə veriblər.

Xatırladaq ki, bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs qətimkan tədbiri seçilib.

Çovdarov da Bakı İstintaq Təcridxanasına aparılıb.

Qeyd edək ki, A. Çovdarovun həbs olunması barədə ilk xəbəri haqqın.az saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR