Donbasda növbəti atəşkəs rejimi qüvvəyə minib

Donbasda növbəti atəşkəs rejimi qüvvəyə minib
# 15 sentyabr 2016 01:03 (UTC +04:00)

Bakı-APA. Ukraynanın cənub-şərqində sentyabrın 15-i, saat 00:00-dan etibarən bir həftə müddətinə atəşkəs rejimi qüvvəyə minib.

APA-nın "112 Ukrayna"-ya istinadən verdiyi məlumata görə, atəşkəs rejiminə sentyabrın 20-dək əməl olunduğu təqdirdə qoşun və silahların geri çəkilməsi məsələlərinin müzakirəsinə başlanılacaq.

“Sentyabrın 1-dən etibarən Donbasda vəziyyət nisbətən sabitləşib. Məqsədimiz təhlükəsizliyi daha da təkmilləşdirməkdir. Ümid edirəm ki, bundan sonra atəşkəs rejimi daha uzunmüddətli olacaq”, deyə Kiyevdə vasitəçilik missiyası ilə səfərdə olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

Bundan əvvəl Donbasda münaqişə zonasında “sükut rejimi” sentyabrın 1-dən, yeni tədris ilinin başlanması ilə əlaqədar tətbiq edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR