Zakir Qaralovun vətəndaşları qəbul vaxtı dəyişdirilib

Zakir Qaralovun vətəndaşları qəbul vaxtı dəyişdirilib
# 14 sentyabr 2016 09:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş prokuror Zakir Qaralovun sentyabrın 23-də Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laşın rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, qəbulun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək. Həmin tarixdə baş prokuror saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR