Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 42 məzunundan 27-si 600-dən yuxarı bal toplayıb

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 42 məzunundan 27-si 600-dən yuxarı bal toplayıb
# 26 iyul 2016 10:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 42 məzunundan 27 -si 600 dən yüksək bal toplayıb. Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov APA-ya açıqlamasında bildiib ki, bir sinifdə 17 nəfərdən 10 nəfər, digər sinifdə isə 25 nəfərdən 17 nəfər 600-dan yüksək nəticə göstərib.

Ən aşağı nəticənin 382 bal olduğunu deyən N.Əhmədov qeyd edib ki, son 8 ildə məktəbin nəticələri artan dinamika ilə gedir. Ötən il məktəbin məzunlarının qəbul imtahanlarında topladığı orta balı 351 bal olubsa, bu il isə 590 olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR