Qəbristanlıqların istifadəsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Qəbristanlıqların istifadəsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb
# 29 yanvar 2016 09:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Qəbristanlıqların istifadəsi ilə bağlı yeni qanun layihəsi hazırdır. Layihənin müzakirə üçün şəhər və rayon bələdiyyələrinin rəhbərlərinə verilməsi planlaşdırılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O bildirib ki, bələdiyyə rəhbərləri layihəni müzakirə edərək təkliflərini verməlidir: “Bu, çox vəsait tələb edən məsələdir. Ona görə də ilk olaraq tələb olunan vəsaitin haradan və necə tapılması haqqında düşünmək lazımdır. Düşünürəm ki, bunun həllini tapacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR