Rusiya Xəzərdə hərbi təlimlərə başlayıb

Rusiya Xəzərdə hərbi təlimlərə başlayıb
# 11 mart 2016 09:51 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Xəzər dənizində hərbi təlimlərə başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə Rusiya Xəzər donanmasının 30-a yaxın döyüş gəmisi və kateri iştirak edir. Təlimlərə mindən çox hərbçi, 100-ə yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Təlimlər Xəzər donanmasının 2016-cı il üçün hazırlıqlar və fəaliyyət planına uyğun keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR