Bakı. Məlahət Nəcəfova-APA. Oktyabrın 10-da Ankarada törədilən terror aktı zamanı ölənlərin sayı 100-ə çatıb. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə zamanı ağır yaralanan təhsil işçilərinin Həmkarlar İttifaqının üzvü, gənc müəllim Ata Öndər Atabay Ankaradakı Qazi Xəstəxanasında ölüb.
Rəsmi açıqlamalarda partlayışda ölənlərin sayının 100 olduğu bildirilsə də, Türk Təbiblər Birliyi bu rəqəmin 106 olduğunu bəyan edib.