Ankarada törədilən partlayış nəticəsində ölənlərin sayı 100-ə çatıb

Ankarada törədilən partlayış nəticəsində ölənlərin sayı 100-ə çatıb
# 16 oktyabr 2015 12:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Oktyabrın 10-da Ankarada törədilən terror aktı zamanı ölənlərin sayı 100-ə çatıb. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə zamanı ağır yaralanan təhsil işçilərinin Həmkarlar İttifaqının üzvü, gənc müəllim Ata Öndər Atabay Ankaradakı Qazi Xəstəxanasında ölüb.

Rəsmi açıqlamalarda partlayışda ölənlərin sayının 100 olduğu bildirilsə də, Türk Təbiblər Birliyi bu rəqəmin 106 olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR