İndoneziyanın dövlət müstəqilliyi ilə əlaqədar Bakıda qəbul təşkil olunub

İndoneziyanın dövlət müstəqilliyi ilə əlaqədar Bakıda qəbul təşkil olunub
# 17 avqust 2016 12:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün İndoneziyanın dövlət müstəqilliyi ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində qəbul təşkil olunub. APA-nın məlumatına görə, əvvəlcə səhər saatlarında dövlət bayrağının təntənəli ucaldılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie qonaqlara İndoneziyanın müstəqillik əldə etmə tarixindən danışıb. O çıxışında iki ölkə arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirib.

Tədbir İndoneziya mətbəxinin qonaqlara təqdim olunması ilə davam edib.

Mərasimdə xarici ölkələrin Azərbaycandakı diplomatik korpusun nümayəndələri, Azərbaycanda yaşayan indoneziyalılar, tələbələr və digər qonaqlar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR