Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək “Formula-1” yarışına hazırlıq işləri ilə əlaqədar bir neçə mərkəzi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bu barədə “APA-Economics”ə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.
Məlumata görə, Niyazi, İstiqlaliyyət və Əziz Əliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.