Başqırdıstanda “donuz qripi”nə yoluxanların sayı 34 nəfərə çatıb

Başqırdıstanda “donuz qripi”nə yoluxanların sayı 34 nəfərə çatıb
# 29 yanvar 2016 10:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Başqırdıstan Respublikasında “donuz qripi”nə yoluxanların sayı 34 nəfərə çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəliyindən verilən məlumatda deyilir.

“Bu gün laborator qaydada 34 nəfərin bu xəstəliyə yoluxması təsdiqlənib. Onların arasında 17 uşaq var”, - deyə regional nümayəndəlikdən bildirilib.

“Donuz qrip”i əsasən Ufa, Uçalı, Beloreçk və Kumertau şəhərlərində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR