Bakıda oğurluqda şübhəli bilinən yeniyetmələr tutulub

Bakıda oğurluqda şübhəli bilinən yeniyetmələr tutulub
# 19 sentyabr 2015 07:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən yeniyetmələr tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 9-u gecə saatlarında Binə qəsəbəsi Südçülük sovxozunda 1980-ci il təvəllüdlü Emin Mahmudova məxsus mağazadan qapını sındırılmaqla 50 manat, danışıq kartları və tütün məmulatları, 1978-ci il təvəllüdlü Mais Rəhimova məxsus mağazadan eyni üsulla mobil telefon, tütün məmulatları və 50 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1990-cı il təvəllüdlü Taleh Qulu oğlu Mirzəyev, 1997-ci il təvəllüdlü Murad Vaqif oğlu Qəribov, 2000-ci il təvəllüdlü Rəhman İlqar oğlu Məhərrəmov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR