Azərbaycan yığması Avstriyaya böyük hesabla məğlub olub

Azərbaycan yığması Avstriyaya böyük hesabla məğlub olub
# 04 oktyabr 2016 15:02 (UTC +04:00)

Bakı – APA. Bu gün Litvada 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk oyunu Azərbaycan millisinin iştirakı ilə keçirilib.

V qrupda çıxış edən Nazim Süleymanovun yetirmələri Avstriya ilə görüşüb. Yığmamız ilk yarının gedişində məğlub duruma düşsə də, fasiləyədək hesabda tarazlığı bərpa edib. Anton Krivotsyuk bərabərlik qoluna sevinib.

Lakin millimiz ikinci yarıda rəqibə müqavimət göstərməkdə çətinlik çəkib. Fasilədən dərhal sonra qol buraxan komandamız Elvin Dəmirovun qırmızı vərəqə alması ilə azlıqda qalıb. Bundan sona daha iki qol buraxan yığmamız seçmə mərhələyə böyük hesablı yenilgi ilə başlayıb – 1:4.

Qeyd edək ki, qrupun digər matçında Litva ilə Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Azərbaycan millisi isə oktyabrın 6-da keçiriləcək II turda balkanlılarla qarşılaşacaq.

19 yaşadək futbolçular arasında Avropa çempionatı

V qrup

I tur, 4 oktyabr

Avstriya – Azərbaycan - 4:1

Qollar: Arnel Yakupoviç, 23, 66, Aleksander Koqler, 46, Sandi Lovriç, 81 - Anton Krivotsyuk, 40

Qırmızı vərəqə: Elvin Dəmirov, 63

Hakimlər: Conatan Lardot, Frederik Qodelayn (hər ikisi Belçika), Vitis Snarskis, Manfredas Lukyançiukas (hər ikisi Litva)

Hakim-isnpektor: Yan Veqeref (Hollandiya)

Mariampol. “Mariampol” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR