Xəzərin sahilboyu 20-50 metrlik zolağının elektron qrafik təsviri hazırlanacaq

Xəzərin sahilboyu 20-50 metrlik zolağının elektron qrafik təsviri hazırlanacaq
# 04 oktyabr 2016 16:02 (UTC +04:00)

Bakı-APA. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsviri hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən Nazirlər Kabinetinə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsvirini bir ay müddətində təsdiq edib, prezidentə məlumat vermək tapşırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi elektron formada qrafik təsvirin təsdiq edilməsindən sonra on gün müddətində onun öz rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR