Serbiya, Litva və Moldova prezidentləri Azərbaycanın dövlət başçısına başsağlığı məktubları göndəriblər

Serbiya, Litva və Moldova prezidentləri Azərbaycanın dövlət başçısına başsağlığı məktubları göndəriblər
# 08 dekabr 2015 14:40 (UTC +04:00)

Bakı – APA. Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycan prezidenti İlham Əliyevə “Günəşli” yatağında baş vermiş faciə ilə əlaqədar başsağlığı verib.

APA-nın məlumatına görə, T. Nikoliçin məktubunda deyilir:

“Hörmətli cənab prezident, güclü qasırğa nəticəsində Xəzər dənizinin “Günəşli” yatağında baş vermiş faciə ilə əlaqədar Serbiya vətəndaşları adından və şəxsən öz adımdan sizə dərin hüznlə başsağlığı verirəm. Həlak olanların doğmalarının və yaxınlarının kədərini bölüşür, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik. Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edəsiniz”.

İ. Əliyevə həmçinin Litva prezidenti Dalya Qribauskayte və Moldova prezidenti Nikolaye Timofti başsağlığı veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR