Banklar dörd aydır dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb

Banklar dörd aydır dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb
# 04 oktyabr 2016 15:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. Avqust ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən ipoteka krediti verilməyib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əvvəlki 3 ayda olduğu kimi avqustda da banklar tərəfindən ipoteka kreditləri verilməyib. Bununla belə, bu ilin I yarısında banklar tərəfindən 1,1 mln. manatlıq ipoteka krediti verilib.

Avqust ayında dövlət büdcəsindən AİF-ə 4,2 mln. manat ayrılıb. Bununla da, bu il ərzində dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 32,4 mln. manata çatıb.

Bu ilin avqust ayında AİF 1,1 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Əvvəlki 5 ayda olduğu kimi avqustda da fondun istiqrazları yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin sentyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 882,6 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,70%, aylıq ödəniş isə 295,9 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR