“Yeni Azərbaycan» referendumda iştirak etmək üçün toplanmış seçici imzalarını MSK-ya təqdim edib

“Yeni Azərbaycan» referendumda iştirak etmək üçün toplanmış seçici imzalarını MSK-ya təqdim edib
# 12 avqust 2016 14:30 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını uğurla başa çatdırıb.

YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplanıb.

“Yeni Azərbaycan” təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və MSK tərəfindən qəbul edilmiş təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR