“Qətər Hava Yolları” dünyada ən uzun aviamarşrut açmağı planlaşdırır

“Qətər Hava Yolları” dünyada ən uzun aviamarşrut açmağı planlaşdırır
# 29 yanvar 2016 04:29 (UTC +04:00)

Bakı-APA. “Qatar Airways” aviaşirkəti Qətərin paytaxtı Doha şəhərini Yeni Zelandiyanın Oklend şəhəri arasında uçuşlar həyata keçirərək dünyada ən uzun aviamarşrut açmağı planlaşdırır. APA-nın “LifeNews”a istinadən verdiyi xəbərə görə, aviaşirkətin rəhbəri Əkbər Əl Bakerin sözlərinə görə, təyyarə 14,5 min km məsafəni 18,5 saata qət edəcək. Aviareysin gələn il açılacağı planlaşdırılıb.

Qeyd edək ki, hazırda dünyada ən uzun aviareys Sidney-Dallas marşrutu üzrə həyata keçirilir. Təyyarə bu məsafəni eniş etmədən 17 saata qət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR