Rusiya baş nazirinin müavini bu gün Bakıya səfər edəcək

Rusiya baş nazirinin müavini bu gün Bakıya səfər edəcək
# 08 aprel 2016 00:33 (UTC +04:00)

Bakı-APA. Rusiya baş nazirinin müavini Dmitri Roqozin aprelin 8-də Bakıya səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Roqozin “Tvitter” səhifəsində paylaşıb. O, gecə saatlarında Bakıya yola düşəcəyini bildirib.

Məlumata görə, Roqozinin səfəri Rusiyanın baş naziri Dmitri Medvedevin Bakıya səfəri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Medvedev aprelin 7-də İrəvana, aprelin 8-də isə Bakıya səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR