Erməni ekspert: "İrəvanda saxlanılan silahlı qruplaşma üzvləri işgəncələrə məruz qalır"

Erməni ekspert: "İrəvanda saxlanılan silahlı qruplaşma üzvləri işgəncələrə məruz qalır"
# 02 avqust 2016 15:08 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Ermənistanda iyulun 31-də təslim olan silahlı qruplaşma üzvlərinin hüquqları pozulur. Onlar qeyri-insani rəftara məruz qalır, döyülür, ailə üzvlərinə təzyiqlər edilir".

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əgər Ermənistanda məsələlərin güc yolu ilə həll edilməsinin mümkünsüzlüyü önə çəkilirsə, bu, hamıya aid olmalıdır: “Güc yolu ilə xalqın susdurulmasına nail olmaq olar, lakin iqtisadi problemləri həll etmək olmaz. İqtisadiyyat ancaq sağlam rəqabət və azad cəmiyyət olduğu təqdirdə inkişaf edə bilər. Bizim kifayət qədər ciddi iqtisadi problemlərimiz var”.

A. Papyanın sözlərinə görə, ölkə iqtisadi kollapsa düşsə, xarici təhdidlərə görə nəticələr daha ağır olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR