"Unibank" korporativ müştəriləri üçün internet-bankinq xidmətini təkmilləşdirib

"Unibank" korporativ müştəriləri üçün internet-bankinq xidmətini təkmilləşdirib
# 22 oktyabr 2015 08:52 (UTC +04:00)

Bakı - APA-Economics. "Unibank" hüquqi şəxslər üçün internet-bankinq xidmətini təkmilləşdirib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, “Tokenlərin autentifikasiyası” adlanan yeni funksiya sayəsində bankın korporativ müştəriləri şirkət hesablarını internet vasitəsilə artıq daha çevik və daha təhlükəsiz idarə edə bilirlər. Artıq bank müştəriləri internet-bankinq xidmətinə yalnız şəxsi sertifikat vasitəsi ilə deyil, həm də token vasitəsi ilə daxil ola bilir. Token - kompüterə qoşulmayan, 30 saniyə ərzində etibarlı olan birdəfəlik parol yaradan müstəqil vasitədir ki, hesabların maksimal qorunmasını təmin edir. Bundan əlavə, təkmilləşdirilmiş internet-bankinq xidməti ödəniş paketinin eyni zamanda yüklənməsinə imkan yaradır. Bu imkan istənilən valyutada aparılan hər bir ödənişə şamil olunur.

İnternet-bankinq - müştərilərə ofislərini tərk etmədən həm ölkə daxili, həm də ölkə xarici nağdsız ödənişlər aparmaq, onlayn rejimdə hesabların hərəkətinə nəzarət etmək və hesab üzrə çıxarışı çap etmək imkanını yaradan onlayn xidmətdir.

Qeyd edək ki, hər il internet-bankinq xidmətindən istifadə edən "Unibank" müştərilərinin sayı təqribən 18% artır. Unibank gələcəkdə də bu xidmət üzrə funksiyaların təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlər görməyi planlaşdırır.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman bankın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR