“Təhsil haqqında” qanuna dəyişiklik müzakirə edilib

“Təhsil haqqında” qanuna dəyişiklik müzakirə edilib
# 09 dekabr 2015 12:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Təhsil haqqında” qanunun 22-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.


Komitə sədri İsa Həbibbəyli bildirib ki, dəyişiklikdə Azərbaycanda xüsusi qabiliyyət tələb edən bəzi sahələr üzrə magistr hazırlığı ilə əlaqədar ixtisaslara qoyulan məhdudiyyətin (yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə yaradılması ilə bağlı məhdudiyyətin) aradan qaldırılması nəzərdə tutulur.

İ. Həbibbəyli qeyd edib ki, hazırda xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə kadr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslar üzrə) həyata keçirilir.

Təklif olunan dəyişiklik xüsusi qabiliyyət tələb edən həmin sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin (yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə yaradılması ilə bağlı məhdudiyyətin) aradan qaldırılmasına səbəb olacaq. Bununla da qeyd edilən sahələr üzrə magistr hazırlığının ümumi əsaslarla həyata keçirilməsi mümkün olacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR