İrəvanda polis binasının tutulması ilə əlaqədar 47 şəxs saxlanılıb

İrəvanda polis binasının tutulması ilə əlaqədar 47 şəxs saxlanılıb
# 01 avqust 2016 13:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanda “Sasna çrer” silahlı qruplaşması ilə əlaqədar 47 şəxs saxlanılıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir:

“17 iyulda patrul-mühafizə alayının binasının tutulması faktı ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 219 (binanın, nəqliyyatın və ya əlaqə vasitəsinin tutulması) və 235 –ci (silah-sursat və ya partlayıcı maddələrin qeyri-qanunu əldə edilməsi, saxlanması) maddələri üzrə açılan cinayət işi çərçivəsində 47 nəfər saxlanılıb və ya həbs edilib. 24 nəfərə ittiham irəli sürülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR