Ted Kruz Vayominq ştatında ilkin seçkilərdə Donald Trampa qalib gəlib

Ted Kruz Vayominq ştatında ilkin seçkilərdə Donald Trampa qalib gəlib
# 17 aprel 2016 07:45 (UTC +04:00)

Bakı-APA. ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesi davam edir.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Vayominq ştatında keçirilən praymerizdə respublikaçılar daxilində senator Ted Kruz rəqibi milyarder Donald Trampı qabaqlayıb.

Aprelin 16-da bu ştatda keçirilən ilkin seçkilərdə T. Kruz 14 qurultay nümayəndəsinin dəstəyini təmin edib. Bundan əvvəl isə 12 qurultay nümayəndəsinin səsi bölüşdürülüb, T. Kruz 10 qurultay nümayəndəsinin dəstəyini təmin edib.

Bununla belə, D. Tramp hələ də respublikaçılar daxilində ilkin seçkilərdə liderlik edir. Milyarder indiyə qədər ştatlarda keçirilən ilkin seçkilərdə 744, T. Kruz isə 559 qurultay nümayəndəsinin dəstəyini təmin edib. Respublikaçıların prezidentliyə vahid namizədi olmaq üçün isə 1237 qurultay nümayəndəsinin dəstəyi lazımdır.

Qeyd edək ki, respublikaçılarla demokratların prezidentliyə namizədləri iyul ayında bu partiyaların qurultaylarında müəyyən ediləcək. ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR