Rusiya Baş Qərargah rəisinin Türkiyəyə səfəri başlayıb

Rusiya Baş Qərargah rəisinin Türkiyəyə səfəri başlayıb
# 15 sentyabr 2016 12:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Türkiyəyə işgüzar səfəri başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə açıqlama verən Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, səfər zamanı o, həmkarı Hulusi Akarla Suriya münaqişəsini müzakirə edəcək. Baş Qərargah rəisləri ikitərəfli hərbi əməkdaşlıq məsələlərinə də toxunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR