Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib

Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib
# 19 sentyabr 2016 18:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.

Bu barədə APA-ya Musiqili Teatrdan məlumat verilib. Teatrdan bildiriblər ki, bu gün aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri Bakıdakı restoranların birində keçirilib.

Məclisdə iştirak edən Ə. Kazımovskinin vəziyyəti qəfil pisləşib və rejissor dünyasını dəyişib.

Qeyd edək ki, Ə. Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” vəs filmlərin müəllifi idi. O, uzun illər AzTV-də çalışıb.

Ə. Kazımovski rejissor Rauf Kazımovskinin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR