Xaçmazda mənzildən meyit tapılıb

Xaçmazda mənzildən meyit tapılıb
# 22 avqust 2016 12:01 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xaçmaz şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Şimal Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. 1946-cı il təvəllüdlü Korniyenko Anatoli Vasilyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR