Azərbaycanda narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olan uşaqların sayı açıqlanıb

Azərbaycanda narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olan uşaqların sayı açıqlanıb
# 02 aprel 2016 09:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 2015-ci ildə Azərbaycanda narkotik vasitələrdən istifadə edən və narkotik vasitələrin satışı ilə məşğul olan uşaqların sayı açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya bildirib ki, ötən il Azərbaycanda narkotik vasitələrdən istifadə edən və narkotik vasitələrin satışı ilə məşğul olan 7 uşaq qeydiyyata alınıb.

E. Səfərov qeyd edib ki, ötən il 1 nəfər uşaq insan alverinin qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR