Baş Qərargah: Hərbi çevriliş cəhdində 8651 nəfər iştirak edib

Baş Qərargah: Hərbi çevriliş cəhdində 8651 nəfər iştirak edib
# 27 iyul 2016 12:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA."Türkiyədə çevriliş cəhdində iştirak edən hərbçi geyimli terrorçuların sayı 8651 nəfər olub".

APA-nın “posta.com.tr”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

Qeyd edilib ki, hərbi çevriliş cəhdinin iştirakçıları 24 min döyüşçü, 34 təyyarə və 74 tankdan istifadə ediblər.

Bununla yanaşı, açıqlamada Türkiyə Silahlı Qüvvələrinin böyük əksəriyyətinin bu xain hücuma şiddətlə qarşı çıxdığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR