Respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 07 sentyabr 2015 10:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-130, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sentyabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 107 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 39 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 44 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 27 m3/s təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.

Sentyabrın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 28 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2014-cü il sentyabrın 07-də 288 sm), Şirvanda 183 sm (2014-cü il sentyabrın 07-də 133 sm), Salyanda 133 sm (2014-cü il sentyabrın 07-də 70 sm), Bankədə 158 sm (2014-cü il sentyabrın 07-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2014-cü il sentyabrın 07-də 26 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR