SOCAR "Petkim"dəki səhm paketinin 13%-nin "Goldman Sachs İnternational"a satılmasının səbəblərini açıqlayıb

SOCAR "Petkim"dəki səhm paketinin 13%-nin "Goldman Sachs İnternational"a satılmasının səbəblərini açıqlayıb
# 20 avqust 2015 11:51 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, K. Yavuz Türkiyənin “BloombergHT” telekanalının efirində deyib ki, bu addım "SOCAR Turkey Energy" şirkətinin qloballaşdırılması üçün atılıb. Bununla yanaşı, SOCAR-ın törəmə şirkətinin rəhbəri qeyd edib ki, bağlanan əqddən əldə olunan vəsait hesabına şirkətin bəzi borcları qaytarılacaq.

"Bu əqd Türkiyəyə iqtisadiyyatına olan etibarın göstəricidir. Bilirsiniz ki, əqdin dəyəri 1,3 milyard dollardır. Əqdin bağlanmasının əsas səbəblərindən biri şirkətimizin qloballaşdırılmasına nail olmaqdır. Bununla yanaşı, səhmlərin satışından əldə olunan vəsaitin bir qismi bəzi borclarımızın qaytarılmasına yönələcək ", - deyə K. Yavuz qeyd edib.

Qeyd edək ki, "SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"dəki səhm paketinin 13%-ni satıb. "SOCAR Turkey Energy"nin rəhbəri Kənan Yavuzun sözlərinə görə, əqdin dəyəri 1,3 mlrd. ABŞ dolları təşkil edib. "SOCAR Turkey Energy"nin səhmlərinin 13%-i "Goldman Sachs International" investisiya şirkətinə satılıb. Adıçəkilən şirkət ABŞ-ın "Goldman Sachs" və "JP Morgan" bankları tərəfindən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR