Yaponiyada güclü qar səbəbindən onlarla aviareys ləğv edilib

Yaponiyada güclü qar səbəbindən onlarla aviareys ləğv edilib
# 14 yanvar 2017 04:21 (UTC +04:00)

Yaponiyanın şimal və mərkəzi regionlarında qeyri-sabit hava şəraiti ilə əlaqədar 40-dan çox aviareys ləğv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, güclü qar səbəbindən Niiqata şəhər aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Yerli aviaşirkətlər pis hava şəraiti davam edəcəyi təqdirdə ləğv olunan reyslərin sayının artacağını istisna etmir.

Həmçinin Naqoya və Osaka arasında sürətli qatarların hərəkətlərində fasilələr yaranıb.

Meteoroloqlar Niiqata şəhərinə gün ərzində 1 metr, Honsü adasının bəzi ərazilərinə 60-80 sm, Hokkaydo adasına isə 50 sm qar yağacağını proqnozlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR