"Unibank" rübü zərərlə başa vurub

"Unibank" rübü zərərlə başa vurub
# 14 aprel 2017 12:09 (UTC +04:00)

"Unibank" ASC-nin aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə I rübdə 702,406 mln. manat təşkil edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, kredit portfelinin həcmi hesabat dövründə 406,999 mln. manat olub ki, bu da ötən ilin sonuna olan göstərici ilə müqayisədə 4,6% azdır.

2017-ci il aprelin 1-nə bankın öhdəliklərinin həcmi 2,4% azalaraq 634,623 mln. manata bərabər olub.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalının həcmi 4,42% artaraq 67,879 mln. manat təşkil edib.

Qeyd edək ki, "Unibank" ilin I rübünü 334 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR