ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək məqsədi ilə rəsmi səfərdə olduğu Böyük Britaniyadan Finlandiyaya səfər edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, iyulun 16-da Finlandiyada Tramp-Putin görüşünün keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Tramp Londona rəsmi səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Tereza Mey və kraliça II Yelizaveta ilə görüşüb.