Sumqayıtda binanın girişində asılmış kişi meyiti tapılıb

Sumqayıtda binanın girişində asılmış kişi meyiti tapılıb
# 21 fevral 2019 09:50 (UTC +04:00)

Sumqayıtda intihar hadisəsi baş verib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Mikrorayon ərazisindəki binalardan birinin girişində asılmış kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində intihar edən şəxsin, şəhər sakini, 1954-cü il təvəllüdlü Zeynalov Fərrux Niyazəli oğlu olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Ramil Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR