Azərbaycan bu il 1,2 mlrd. dollarlıq qaz ixrac edib

Azərbaycan bu il 1,2 mlrd. dollarlıq qaz ixrac edib
# 14 noyabr 2017 09:16 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ilin yanvar-oktyabr ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.


"APA-Economics" komitənin açıqladığı statistik məlumatlara istinadən xəbər verir ki, bu ilin 10 ayında gömrük bəyannamələri əsasında 1 mlrd. 1 mln. 705,19 min dollar dəyərində 5 mlrd. 649 mln. 24,92 min kubmetr təbii qaz ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə təbii qazın ixrac həcmi 13,34% artıb. Məbləğ baxımından isə bu rəqəm 34,54% çoxdur.

Bu ilin 10 ayı ərzində 37 mln. 259,83 min dollar dəyərində 843 mln. 841,88 min kVt/s elektrik enerjisi ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə elektrik enerjisinin ixrac həcmi 87,54% artıb. Məbləğ baxımından isə artım 90,26% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR