Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb
# 13 iyul 2017 02:45 (UTC +04:00)

Yaponiyanın cənub-qərbində daşqınlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zonasında minə yaxın yaşayış evi dağılıb.

Hazırda 20 nəfər itkin düşmüş hesab edilir, 1300 nəfər müvəqqəti evakuasiya məntəqələrində yerləşdirilib.

Yaponiyanın Küsü adasında son günlər çoxsaylı daşqın və torpaq sürüşmələri qeydə alınıb. Regionda yaşayış evləri, avtomobil yolları, dəmiryol körpüləri dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR