İran rəsmisi: “Ermənistan vasitəsi ilə Gürcüstanla qazın nəqli ilə bağlı heç bir müqavilə imzalanmayıb”

İran rəsmisi: “Ermənistan vasitəsi ilə Gürcüstanla qazın nəqli ilə bağlı heç bir müqavilə imzalanmayıb”
# 12 noyabr 2016 09:37 (UTC +04:00)

Hələlik Ermənistan vasitəsi ilə Gürcüstanla qazın nəqli ilə bağlı heç bir müqavilə imzalanmayıb.

Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin baş direktoru Həmidrza Əraqi İran qazının Ermənistan vasitəsi ilə Gürcüstana nəqli ilə bağlı sualı cavablandırarkən deyib.

H.Əraqi deyib ki, bu məsələ ilə bağlı danışıqlar aparılıb: “Hələ ki, bununla bağlı heç bir müqavilə imzalanmayıb”.

Qeyd edək ki, cari ilin əvvəlində Gürcüstanın “Georgian International Energy Corporation“ (GİEC) şirkəti İranın Qaz İxaracı üzrə Milli Şirkəti ilə görüşüb və qaz alışına dair müzakirələr aparıb. İyul ayının sonlarında İranın Milli Qaz Şirkəti ilə Gürcüstanın GİEC şirkəti arasında qazın nəqlinə dair mühüm sənəd imzalanıb. Müqaviləyə əsasən, İran Gürcüstana sınaq kimi 4 ay müddətinə 40 milyon kubmetr qaz nəql etməli idi. İran tərəfi bəyan etmişdi ki, bu müqavilənin icrası üçün Ermənistan tərəfindən razılıq verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR