Gürcü nazir: ”Səslər sayıldıqdan sonra heç bir gərginlik olmayacaq”

Gürcü nazir: ”Səslər sayıldıqdan sonra heç bir gərginlik olmayacaq”
# 30 oktyabr 2016 19:11 (UTC +04:00)

“Gürcü Arzusu” partiyası və digər beynəlxalq təşkilatlar Marneulidə və digər seçki keçirilən bölgələrdə gərginlik yaşanacağını ehtimal etdiklərini bildiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Gürcü Arzusu”nun icraçı katibi İrakli Kobaxidze keçirdiyi xüsusi brifinqdə Marneulidə və Tiflisdəki Mtasminda seçki məntəqələrində gərginliyin artacağını istisna etməyib. İ. Kobaxidze təxribata köklənən insanları belə hərəkətlərdən geri durmağı və bunun arzu olunan nəticə verməyəcəyini bildirib. “Gürcü Arzusu”nun icraçı katibi partiyanın tərəfdarlarını sakitliyi qorumağa, səslərin sayılmasına şərait yaratmağa çağırıb.

Gürcüstanın məcburi köçkünlər və qaçqınlar naziri Sozar Subari deyilən fikirlərə cavab verib. Nazirin sözlərinə görə, heç bir gərginlik olmayacaq: “Vahid Milli Hərəkat” partiyası bütün günü gərginliyi artırmağa çalışdı, lakin bu mümkün olmadı. Səslərin sayılması artıq başa çatmaq üzrədir. Bəzi məntəqələrdə artıq sayılıb və biz ümid edirik ki, Tamaz Naveriani Marneulidə qələbə əldə edib,” nazir bildirib.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR