Gəncədə “Gənc Bloqerlər Məktəbi”nin açılışı olub

Gəncədə “Gənc Bloqerlər Məktəbi”nin açılışı olub
# 25 iyul 2017 10:01 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, “Avropa Gənclər Paytaxtı- 2016” və İslahatçı Gənclər İctimai Birliklərinin təşkilatçılığı ilə “Gənc Bloqerlər Məktəbi” layihəsinin açılışı olub.

APA-nın məlumatına görə, layihə çərçivəsində keçirilən təlimlərə 100-ə yaxın gənc qatılıb.

Tədbirdə informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar həm dünyada, həm də ölkəmizdə gənclərin sosial media, xüsusən də bloqerlik sahəsində fəallığının müşahidə olunduğu bildirilib. Qeyd edilib ki, hazırda ölkəmizdə sosial media və bloqerliklə məşğul olan potensiallı gənclər olsa da, bölgələrdə bu sahə üzrə ixtisaslaşmış gənc peşəkarların sayı azdır. Layihənin həyata keçirilməsində məqsəd sosial media və bloqerlik fəaliyyəti ilə bağlı Gəncə şəhərində gənclərdən ibarət internet media biliklərinə yaxından yiyələnən, internet media ilə bağlı bilikləri yüksək olan və internet medianın imkanlarından milli maraqlar naminə istifadəyə hazır olan gənclərdən ibarət qruplarının yaradılmasıdır.

Təlimlərdə müasir dövrdə medianın ən kütləvi təsir vasitəsi olan internetin açdığı imkanlar, bloqçuluq fəaliyyəti, əhəmiyyəti, informasiya savaşındakı rolundan danışılıb. Gənclərə bloqların yaradılması, onun texniki tərəfləri, sosial mediadan, internetdə təhlükəsizliyi təmin edən proqramlardan istifadə qaydaları haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR