Prezident İlham Əliyev Belarus baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Belarus baş nazirinin müavinini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 02 aprel 2018 08:14 (UTC +04:00)

Prezident İlham Əliyev aprelin 2-də Belarus baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edilib.

Belarus baş nazirinin müavini Gəncə traktor zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, Azərbaycanla Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmini qeyd edib.

Dövlət başçısı, öz növbəsində, bunu əlamətdar hadisə kimi qiymətləndirərək, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğulayıb, bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR