"Asan Kommunal"da Əmək Münasibətlərinin Monitorinq Mərkəzinin xidmət pəncərəsi fəaliyyətə başlayıb

"Asan Kommunal"da Əmək Münasibətlərinin Monitorinq Mərkəzinin xidmət pəncərəsi fəaliyyətə başlayıb
# 24 iyul 2017 10:29 (UTC +04:00)

1 saylı "Asan Kommunal" mərkəzində Əmək Münasibətlərinin Monitorinq Mərkəzinin xidmət pəncərəsi yaradılıb.


APA-nın məlumatına görə, Əmək Münasibətlərinin Monitorinq Mərkəzinin direktoru Fariz Cəfərov deyib ki, xidmət pəncərəsi vasitəsi ilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə və təbliğat kampaniyaları haqqında, həmçinin Tikinti Monitorinq Sisteminin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırma işi aparılacaq.


Bundan başqa, qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar tədbirlər barədə genişmiqyaslı maarifləndirmə, məlumatlandırma və təbliğat kampaniyasının keçirilməsi, KİV-də qeyri-rəsmi məşğulluğun mənfi nəticələrinin, formal məşğulluğun üstünlüklərinin ictimaiyyətin diqqətinə çatdırılması, qeyri-rəsmi məşğulluğa qarşı video çarxların, stendlərin, broşürların, məlumat vərəqələrinin hazırlanması və nümayişi nəzərdə tutulub.


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 28 aprel 2017-ci il tarixli fərmanı ilə tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Əmək Münasibətlərinin Monitorinq Mərkəzi yaradılıb. Fərmana əsasən pilot layihə çərçivəsində Monitorinq Xidmət Mərkəzinə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və onların inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrini yaratmaq, aidiyyatı dövlət informasiya sistemlərinə inteqrasiya olmaq və tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameralarının quraşdırılması tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR